Syunik qubernatoru Robert Qukasyan Qorisdə davam edən konfrans çərçivəsində Syuniklə dostluq və əməkdaşlıq memorandumu imzalayan Overn-Rona-Alplar regionunun prezidenti Fabris Pankuk ilə görüş keçirib. Bu barədə Syunik qubernatorluğu məlumat yayıb.
Syunik və Overn-Rona-Alplar regionu arasında əməkdaşlıq məsələləri müzakirə edilib, tərəflər arasında simvolik hədiyyələr mübadiləsi aparılıb.