Ermənistanda demokratiya risk altında olsa, bütün demokratiya risk altındadır. Bunu Fransa Senatının Fransa-Ermənistan Dostluq Qrupunun sədri Jilbert-Lük Devinaz 5-ci Ermənistan-Fransa Mərkəzləşdirilməmiş Əməkdaşlıq Forumu zamanı deyib.
"Risk altında olan təkcə Ermənistan deyil, bütün rejimdir. Ermənistanda risk varsa, bütün demokratiya risk altındadır. Bu mənim mesajımdır: heç nəyi əldən verməmək, möhkəm olmaq və irəli getmək", - Jilbert-Lük Devinaz deyib.
Konfrans zamanı Fransanın Ermənistandakı səfiri Olivier Dekotini də öz növbəsində Ermənistanın Fransada konsensus mövzusu olduğunu bəyan edib.
"Fransızların Ermənistanla bağlı məsələlərdə hətta siyasi arenada da fikir ayrılığı yoxdur və humanist motivlərlə idarə olunan hər kəs ortaq məxrəcə gəlir, çünki bu, həm Ermənistanda, həm də Fransada yerli hakimiyyət orqanlarına kömək edir", - səfir bildirib.