Gürcüstan prezidenti Mixail Kavelaşvili Cənubi Qafqazın regional sülh və sabitliyin mərkəzinə çevrilə biləcəyinə əminliyini ifadə edib.
Ermənistan və Azərbaycana səfərləri barədə danışan Kavelaşvili Gürcüstanın İctimai Televiziyasının efirində deyib ki, qonşu ölkələrin liderləri ilə görüşlərindn çox məmnundur.
Onun sözlərinə görə, bütün ölkələr Cənubi Qafqazda sülhün yaradılmasının təkcə region üçün deyil, digər beynəlxalq aktorlar üçün də prioritet məsələ olduğunu dərk edirlər.