ABŞ-ın Ermənistandakı səfirliyi ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coş Hek arasında keçirilən görüşdən foto dərc edib.
"Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla güclü erməni-amerikan münasibətləri haqqında danışdım. Biz regional rifahı, əlaqəni və təhlükəsizliyi təşviq etmək üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik", - səfirlik Coş Hekdən sitat gətirib.