“Financial Times” adı açıqlanmayan Qərb diplomatlarına və Suriya rəsmisinə istinadən yazır ki, İsrail və Suriyanın yeni hakimiyyət orqanları son həftələrdə iki ölkə arasındakı vəziyyəti həll etmək məqsədi ilə bir neçə dəfə açıq olmayan birbaşa danışıqlar aparıblar.
"Bu, hələ başlanğıcdır. Danışıqların əsas məqsədi zorakılığın baş verməsinin qarşısını almaq və İsraili Suriya ilə sərhəd bölgələrindən geri çəkilməyə məcbur etmək idi", - mənbələrdən biri bildirib.
Qərb və ərəb diplomatları bildiriblər ki, İsrail və Suriya əvvəllər BƏƏ-nin vasitəçiliyi ilə dolayı danışıqlar aparıblar.
Mənbələr həmçinin iddia edib ki, İsrail Suriya rəhbərliyi üzərində bu təsir rıçaqlarını saxlamaq üçün ABŞ-ı Suriyaya qarşı sanksiyaları ləğv etməməyə inandırmağa çalışıb.
Bununla belə, ABŞ prezidenti Donald Tramp və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara arasında may ayında keçirilən görüş ABŞ-ın Suriya ilə bağlı niyyətlərini nümayiş etdirdi və İsraili daha tez eyni ruhda hərəkət etməyə məcbur etdi, Qərb diplomatı qəzetə bildirib.
Suriya və İsrail xarici işlər nazirlikləri, eləcə də baş nazir Benyamin Netanyahunun ofisi Financial Times-ın hesabatını şərh etməkdən imtina ediblər.