Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, regiondankənar dövlətlər öz təsirlərini genişləndirmək üçün Cənubi Qafqazda fəallaşırlar.
"Onların məqsədi təhlükəsizliyi gücləndirmək deyil, orada öz təsirlərini genişləndirməkdir", - o deyib.
O, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindən narahatlığını bildirib.
“Ermənistanın Sünik bölgəsi ətrafında gərginlik qalmaqdadır”.
Belousov Moskvanın Bakı ilə Yerevan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu qeyd edib.
“Biz buna hər cür dəstək verməyə hazırıq”, - deyə nazir bildirib.