Mayın 26-da “Yerevan dialoqu” ikinci beynəlxalq konfransı çərçivəsində ER XİN-in baş katibi Davit Karapetyan Tehranda fəaliyyət göstərən “İran Araşdırmaları” Fondunun rəhbəri, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.
ER XİN-in baş katibi iranlı tərəfdaşların “Yerevan dialoqu” beynəlxalq konfransında iştirakını vurğulayaraq, belə formatda əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.
Tərəflər təhsil, elm və ekspert sahələrində böyük potensialın reallaşdırılmasını, birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.