Fransanın xarici işlər naziri Jan-Noel Barro Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müşayiəti ilə Erməni Soyqırımı Memorial Kompleksini ziyarət edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Barro abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. Ararat Mirzoyan və Jan-Noel Barro admiral Lui Dartiqe Düferinə həsr olunmuş xatirə daşının açılış mərasimində iştirak ediblər.