İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İranın uranın zənginləşdirilməsi əsas və prinsipial məsələ olmaqla yanaşı, İran alimlərinin mühüm elmi nailiyyətidir.
Onun sözlərinə görə, sanksiyaların avtomatik bərpası yolu ilə İslam Respublikasına qarşı təhdidlərin nə hüquqi, nə də siyasi əsası var.
Əraqçi qeyd edib ki, mövcud vəziyyət İranın günahı deyil, daha çox ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxması və Avropa ölkələrinin qabiliyyətsizliyinin nəticəsidir.