Mayın 20-də səfir Tiqran Balayan Belçika Senatının yeni seçilmiş prezidenti Vinsent Blondel ilə görüşüb. Bu barədə Ermənistanın Belçikadakı səfirliyi məlumat yayıb.
Görüş zamanı həmsöhbətlər Ermənistan və Belçika arasında çoxşaxəli əlaqələrin dərinləşdirilməsi üçün əldə olunan nailiyyətlər və imkanlara, həmçinin Avropa İttifaqı ilə tərəfdaşlıq gündəliyinə toxunublar.
Səfir Balayan son regional hadisələri təqdim edərək, Qafqazda və onun hüdudlarından kənarda sülh və əməkdaşlıq mühitinin yaradılması üçün ER hökumətinin “Sülhün kəsişməsi” layihəsinin əhəmiyyətini ətraflı izah edib.
Bu kontekstdə səfir Balayan Belçika hökumətinin, parlamentinin və siyasi qüvvələrinin regionda davamlı sülhün bərqərar olması istiqamətində qeyd-şərtsiz və ardıcıl dəstəyini yüksək qiymətləndirib.
Həmsöhbətlər Frankofoniya çərçivəsində əməkdaşlığa və birgə mədəni təşəbbüslərin mümkünlüyünə toxunublar.