Mən xanım Dimitriuya Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı mövcud vəziyyəti təqdim etdim. Əminəm ki, Kipr keçmişdə olduğu kimi, həmişə bu məsələni dəstəklədiyi kimi, sülh yoluna öz töhfəsini verəcək. Bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan Kipr Nümayəndələr Palatasının sədri Anita Dimitriu ilə birgə mətbuat konfransı zamanı deyib.
"Ermənistan da Kipr məsələsini hər zaman dəstəkləyir və dəstəkləyəcək. Xanım Dimitriu ilə də bu barədə müzakirə apardım və mən onu hərbi əsirlərimiz və itkin düşmüş şəxslərimizlə bağlı məsələ ilə bağlı da məlumatlandırdım. Deməliyəm ki, tam ikitərəfli anlaşma var, maraqlarımızın tam üst-üstə düşür", - o deyib.