Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kalas Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını gözləyir.
Kalas hesab edir ki, Bakı və Yerevan razılığa çox yaxındırlar.
"Mən hesab edirəm ki, sülh sazişinin mümkün qədər tez imzalanması bütün tərəflərin maraqlarına uyğundur", - Aİ-nin diplomatiya rəhbəri əlavə edib.