Pahalqamda 25 hindistanlı və bir Nepal vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra Hindistan hakimiyyəti Sindoor əməliyyatına başlayıb. Hədəf Pakistan və Pakistanın işğalı altında olan Kəşmirdə yerləşən 9 terrorçu düşərgədir. Bu barədə Hindistanın Xİn katibi Vikram Misri keçirdiyi mətbuat konfransında terrorçuların Pakistanla əlaqəsi olduğunu qeyd edib.
“Dünyanın hər yerindən onlara qarşı çağırışlara baxmayaraq, Pakistan terrorçulara sığınacaq verməyə davam edir”, - deyə rəsmi bildirib.
"Pahalqam terror hücumunun qurbanlarının ədalətini təmin etmək üçün Sindoor əməliyyatına başlanılıb. Hindistan Hərbi Hava Qüvvələri dəqiq zərbələr endirib və Kəşmirdə 5 məntəqədə 9 terrorçu düşərgəsini, 4 obyekti məhv edib", - Misri bildirib.
Hindistan Müdafiə Nazirliyi əməliyyatın "məqsədli, balanslaşdırılmış və vəziyyəti gərginləşdirmədən" aparıldığını açıqlayıb.