Pakistan ordusunun sözçüsü bildirib ki, Hindistanın hücumları nəticəsində 46 mülki şəxs yaralanıb, onlardan biri gənc qız olmaqla 26 nəfər ölüb. İslamabad qisas alacağına söz verib.
Hindistan ordusu həmçinin Pakistan hərbçilərinin Kəşmirdə açdığı atəş nəticəsində 7 mülki vətəndaşın həlak olduğunu bildirib.
Gecə saatlarında təmas xəttinin bir neçə hissəsində Hindistan və Pakistan qüvvələri arasında atışma olduğu barədə çoxsaylı məlumatlar yayılıb.
Pakistan tərəfi Hindistana məxsus 3 qırıcı təyyarəni vurduğunu iddia edir, lakin Hindistan tərəfi hələlik bu xəbəri rəsmi şəkildə şərh etməyib.