Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, Pakistan Hindistanın hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verib. Müvafiq ərizə Pakistanın BMT-dəki daimi nümayəndəsi vasitəsilə Təhlükəsizlik Şurasına göndərilib.
"Pakistan Hindistanın təcavüzünə lazımi vaxtda və lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır", - Pakistan Xarici İşlər Nazirliyi vurğulayıb.