İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Bakıya səfəri zamanı rəsmi Tehran Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh müqaviləsini dəstəklədiyini bəyan edib.
O, əmin olduğunu bildirib ki, İran prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində vasitəçi rolunu öz üzərinə götürə bilər.
İran rəsmisi İran-Azərbaycan ikitərəfli münasibətlərinə də toxunaraq qeyd edib ki, regionda İran və Azərbaycan qədər bir-birinə sıx bağlı olan ikinci iki ölkə yoxdur. Xətibzadənin sözlərinə görə, Tehran ölkələr arasında yaranmış süni maneələri aradan qaldırmağa və münasibətləri normallaşdırmağa çalışır.
O, 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib, geniş araşdırma aparıldığını qeyd edib.