Fransanın Ermənistandakı səfiri Oliviye Dekotinyi respublikanın mətbuat azadlığı indeksində irəliləyişini yüksək qiymətləndirib.
“Sərhədsiz Reportyorlar təşkilatının dərc etdiyi 2025-ci il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 34-cü yeri tutan Ermənistan irəliləyişə davam edir. O, öz yerini regionda azadlıq vahəsi kimi təsdiqləyib. Ermənistanı dəstəkləməklə biz dəyərlərimizi paylaşan demokratiyanı dəstəkləyirik”, - Fransa səfiri özünün X səhifəsində yazıb.