ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində deyib ki, Ukrayna ilə Rusiya arasında sülh əlçatmaz ola bilər, lakin eyni zamanda o, sazişin imzalanmasını “olduqca yaxın” hesab edir.
Tramp qeyd edib ki, danışıqlar üçün əsas çətinlik “bu iki şəxs arasındakı böyük nifrətdir”. Euronews xəbər verir ki, söhbət Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putindən gedir.
ABŞ lideri yenə də Vaşinqtonun danışıqlardan çıxa biləcəyini istisna etməyib, lakin sazişin imzalanması üçün hələ də “çox yaxşı şansın” olduğunu qeyd edib.
Tramp həmçinin 2028-ci ildə üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırmadığını açıqlayıb. Onun fikrincə, dörd il həqiqətən xüsusi bir iş görmək üçün kifayət qədər vaxtdır. ABŞ prezidenti eyham vurub ki, o, hazırda vitse-prezident J.D.Vensi respublikaçıların namizədi kimi görür.