Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təqdim etməyə hazırlaşır. Bu barədə mayın 1-də Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
"Mən dünən Respublikaçı senator Lindsey Grahama söz verdim ki, biz iki sanksiya paketinin həm məzmununu, həm də vaxtını koordinasiya etməyə çalışacağıq", - Barro AFP-yə müsahibəsində deyib.
ABŞ senatoru Lindsey Graham daha əvvəl bəyan etmişdi ki, 72 qanunverici Moskva Ukraynada sülh danışıqlarından imtina edərsə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini dəstəkləyib.
Müsahibədə Barro Rusiya prezidentini kəskin tənqid edib. “İndi çox aydın oldu ki, Ukraynada sülhün bərqərar olması üçün yeganə maneə Vladimir Putindir”.
"Ukrayna qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdi və dünən ABŞ-la mühüm faydalı qazıntılar üzrə saziş imzaladı. Bu arada Rusiya Vladimir Putinin rəhbərliyi altında heç bir səy göstərmədi, atəşkəsə və ya sülhə hazır olduğuna dair heç bir əlamət göstərmədi", - Fransa xarici işlər naziri bildirib.
Jan-Noel Barro Parisin Ukrayna ilə iqtisadi saziş imzalaya biləcəyini istisna etməyib.