Mayın 2-də yerli vaxtla saat 09:12-də (GMT 05:12) Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi tərəfindən Ermənistanın Qavar şəhərindən 12 km cənubda, 10 km dərinlikdə 40,24⁰ şimal eni və 45,10⁰ şərq uzunluğu coğrafi koordinatlarında 2,0 bal gücündə zəlzələ qedə alınıb.
Episentr zonasında zəlzələnin intensivliyi 2-3 bal təşkil edib. Zəlzələ Qeğarkunik rayonunun Yeranos və Saruxan kəndlərində 2 bal gücündə hiss olunub.