Ermənistan Aİİ-nin mühüm iştirakçısıdır, ona görə də Yerevanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlardan narahat olmaya bilmərik.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Ağasandyan bildirib.
"Yerevan Aİİ-də iştirakın faydalarını və ondan çıxmağın mənfi nəticələrini yaxşı anlayır. Avropa İttifaqı Ermənistan iqtisadiyyatı üçün qaçılmaz itkiləri kompensasiya edə bilməz", - rəsmi bildirib.
O xatırladıb ki, Ermənistan heç vaxt Avrasiya İttifaqından çıxmaq niyyətini açıqlamayıb.