Kiyev və Vaşinqton arasında nadir metalların birgə sənayesi və Ukraynanın yenidən qurulması üçün investisiya fondunun yaradılması haqqında saziş imzalanıb. ABŞ maliyyə naziri elan edib ki, Vaşinqton digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna “qəddar və mənasız müharibəyə” son qoymaq öhdəliyini bir daha təsdiqləyir.
Skot Besant vurğulayıb: “Bu razılaşma Rusiyaya açıq siqnaldır ki, Tramp administrasiyası azad, suveren və firavan Ukraynadan ibarət olan sülh prosesinə sadiqdir”.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko tərəflərin imzaladığı sənədi yüksək qiymətləndirərək, onun həm Ukrayna, həm də ABŞ üçün faydalı olacağına əminliyini ifadə edib.
Ukraynanın baş naziri bəyan edib ki, razılaşmaya əsasən, Kiyev bütün resurslara, torpaqlara və infrastruktura nəzarəti özündə saxlayacaq və yaxın 10 il ərzində Ukraynanın yenidən qurulması üçün fond vasitəsilə vəsait ayrılacaq.
Denis Şmıxalın sözlərinə görə, saziş Ukraynanın Avropa İttifaqına daxil olmasına mane olmayacaq. O da məlumdur ki, müqaviləyə əsasən, Kiyevin müharibə zamanı göstərdiyi Amerika hərbi yardımına görə ABŞ-a heç bir borcu yoxdur.