Avstraliyanın Viktoriya ştatının Qanunvericilik Assambleyasının (parlamentin aşağı palatası) üzvləri Erməni Soyqırımını Anma Günü ilə bağlı bəyanatlarla çıxış ediblər.
“Bu bəyanat Erməni Soyqırımını Anma Gününün tanınmasına yönəlib. Bu il 1915-ci il aprelin 24-də ermənilərə, yunanlara və assurlara qarşı başlanan dəhşətli hadisələrin 110 illiyi tamam olur. Gözəl erməni icması dövlətimizin mühüm hissəsidir”,- Kim Vels bildirib.
O qeyd edib ki, ermənilərin adət-ənənələri, möhkəm birlik hissi və keçmişi xatırlamağa sarsılmaz bağlılığı erməni xalqına xas olan dözümlülük ruhunu əks etdirir.
Avstraliyanın Viktoriya ştatının Qanunvericilik Assambleyasının üzvü Ann-Marie Hermans da bəşəriyyətin ən dəhşətli vəhşiliklərindən birinin 110-cu ildönümünü qeyd edən Erməni Soyqırımını Anma Gününün tanınmasına çağırıb.
“24 aprel 1915-ci ildən 1923-cü ilə qədər 1,5 milyona yaxın erməni, 500 min assur və 350 min yunan təqib edilərək öldürülüb”, - deputat qeyd edib.