Aprelin 23-də Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Fransanın keçmiş prezidenti, hazırkı Parlamentin üzvü Fransua Ollandla görüşüb. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Görüş zamanı səfir Xaçatryan qeyd edib ki, Ermənistan Fransua Ollandın Fransa prezidenti kimi Ermənistana iki səfərini hərarət və minnətdarlıqla xatırlayır, bu səfərlər Prezident Ollandın iki ölkə arasında münasibətlərin, erməni və fransız xalqları arasında dostluğun möhkəmlənməsinə və inkişafına sadiqliyinin əməli təzahürü idi.
Görüş zamanı həmsöhbətlər son regional hadisələri, eləcə də Ermənistan və Fransa arasında bütün strateji əhəmiyyət kəsb edən sahələrdə fəal inkişaf edən əməkdaşlığı ətraflı müzakirə ediblər.