“Financial Times” İsrail və ərəb diplomatlarına istinadən yazır ki, Təl-Əviv Trampın rəğbətini itirməkdən qorxduğu üçün Ağ Evin dəstəyi olmadan İranın nüvə obyektlərinə təkbaşına zərbə endirməyəcək.
Qəzetin yazdığına görə, baş nazir Netanyahu hərbi əməliyyatlar üçün Vaşinqtondan dəstək almağa çalışsa da, heç bir nəticəsi olmayıb. ABŞ prezidenti Tramp İran məsələsini diplomatik yolla həll edəcəyinə ümid edir.
Eyni zamanda, İsrail Suriya, Livan və Qəzza zolağında daha iddialıdır. Təl-Əviv bu ərazilərdə zərbələrini dayandırmır və Trampın razılığını almadan may ayında birgə əməliyyat keçirməyə ümid edir