Sosial şəbəkələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə mediasına verdiyi müsahibədən bir parça paylaşılır. O videoda Nikol Paşinyan guya tükcə danışır.
İnstaqramda paylaşılan videonun baxış sayı 750 mini ötüb.
Paşinyanın Türkiyə mətbuatına müsahibəsi martın 13-də dərc olunub.
Müsahibə zamanı isə Paşinyan jurnalistlərin suallarını yalnız erməni dilində cavablandırıb.
“Faktların Yoxlama Platforması”(FİP) xüsusi alətdən istifadə edərək, sosial şəbəkələrdə yayılan qısa videoda baş nazir Nikol Paşinyana aid edilən türk çıxışının süni intellektdən istifadə edilərək hazırlandığını və əslində deep fake olduğunu müəyyən edib.
Ümumiyyətlə, Paşinyan siyasi karyerası ərzində heç vaxt türk dilində müsahibə verməyib və heç bir açıqlama verməyib, FİP qeyd edir.