Avropa İttifaqının Monitorinq Missiyasının Ermənistandakı mühüm işinin şahidi olmaqdan və missiyanın hollandiyalı həmkarları ilə görüşməkdən məmnun qaldım.
Bu barədə Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp X mikrobloqunda yazıb.
"Onların regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfə əvəzsizdir. Onlar yerli icmalar arasında inam yaradırlar.
Missiyanın rəhbəri Markus Ritterə və onun komandasına bu missiyanın yaradılmasında innovativ fəaliyyətinə görə minnətdarlığımı bildirirəm", - rəsmi qeyd edib.