Ermənistan Respublikasının Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tigran Mkrtçyan (iqamətgahı Afinada) Tiranada Albaniyanın xarici işlər və Avropa məsələləri üzrə naziri İqli Həsəni ilə görüşüb. Bu barədə Ermənistanın Yunanıstandakı səfirliyi məlumat yayıb.
“Səfir Mkrtçyan regional prosesləri və Ermənistan-Azərbaycan danışıqlar prosesini, həmçinin Ermənistan hökumətinin təklif etdiyi “Sülhün kəsişməsi” layihəsini təqdim edib”.
Albaniyanın xarici işlər naziri səfir Mkrtçyanı salamlayıb və beynəlxalq tədbirlər çərçivəsində erməni həmkarı ilə təmaslarını xatırladıb, həmçinin ikitərəfli münasibətlərin fəallaşmasına töhfə verməyə hazır olduğunu bildirib.
May ayında Albaniyada keçiriləcək Avropa Siyasi Birliyinin sammitinin təfərrüatları müzakirə edilib.
Albaniyanın kiçik, lakin mütəşəkkil icmasına istinad edilib və onun ikitərəfli əlaqələrin inkişafında körpü rolunu oynaya biləcəyi qeyd edilib.
Görüşdə Ermənistan Respublikasının Albaniyadakı fəxri konsulu Varujan Pirinyan iştirak edib”, - məlumatda deyilir.