ABŞ Ukraynaya hərbi yardımın göstərilməsi prosesini dərhal bərpa edəcək və Ukrayna ABŞ-ın Rusiya ilə 30 günlük atəşkəs təklifini qəbul edib. Bu barədə Amerika və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların yekunları üzrə qəbul edilən birgə bəyanatda deyilir.
Bundan əlavə, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dərhal bərpa edəcək. Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bəyan edib ki, Ukrayna tərəflərin qarşılıqlı razılaşması ilə uzadıla bilən 30 günlük atəşkəslə bağlı ABŞ-ın təklifini qəbul etməyə “hazır olduğunu” bildirib.
“Birləşmiş Ştatlar Moskvaya məlumat verəcək ki, Rusiyadan qarşılıqlı münasibət sülhə nail olmaq üçün açardır. Nümayəndə heyətləri Kiyev və Moskva arasında hərbi əsirlərin mübadiləsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılması məsələsini də müzakirə ediblər.
ABŞ bu məsələləri Rusiya nümayəndələri ilə müzakirə etməyi öhdəsinə götürüb. Danışıqlar nəticəsində tərəflər həmçinin Ukrayna faydalı qazıntılarının birgə hasilatı haqqında sazişin tezliklə imzalanması barədə razılığa gəliblər.
Financial Times-ın məlumatına görə, əvvəllər elan edildiyi kimi, danışıqların davam etdirilməsi nəzərdə tutulmur.