“Ermənistanda hüquq-mühafizə və təhlükəsizlik sektorunda islahatlara dəstək” proqramı çərçivəsində Ermənistana gələn Litva Respublikasının İctimai Təhlükəsizlik Xidmətinin komandanı, beynəlxalq ekspert, general-mayor Viktoras Qrabauskasın rəhbərlik etdiyi nümayəndə heyəti martın 7-də Erməni Soyqırımı Memorialını ziyarət edib.
Litvadan olan nümayəndə heyətinin üzvləri əbədi məşəl önünə gül dəstələri düzərək erməni soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qonaqlar, həmçinin Erməni Soyqırımı Muzeyini gəzmiş, daimi və müvəqqəti sərgilərlə tanış olmuş, daha sonra general-mayor Viktoras Qrabauskas Fəxri qonaqlar kitabına qeyd etmişdir.