Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan edib ki, Ermənistanın KTMT-yə üzvlük haqları üzrə borcları ola bilər və iki il ərzində ödəməyə bilər.
Ermənistanın 2024-cü il borcu var ki, onun ödəmə müddəti 2025-ci ilin sonunda başa çatır. Bu barədə Veronada keçirilən 17-ci Avrasiya İqtisadi Forumu zamanı məlumat verilib.
"Bu qeyri-adi bir şey deyil. İstənilən KTMT üzvü borc toplaya bilər. Elə hallar olub ki, başqa ölkələrin də borcu olub", - Pankin qeyd edib.
“Əgər Ermənistan KTMT büdcəsinə ödəniş etməsə, o zaman təşkilata üzv dövlətlər müxtəlif ssenarilər nəzərdən keçirə bilər, lakin onlar yəqin ki, heç kimi çıxarmayacaqlar”, Pankinin sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması barədə xəbərdarlıq etməyib və Yerevan bu strukturu tərk etmək niyyətində deyil, sadəcə olaraq, öz fəaliyyətini dondurub.
Rusiya xarici işlər nazirinin müavini RİA Novosti-yə fikir bildirib ki, Ermənistan-KTMT vəziyyəti həll olunacaq və bununla bağlı Yerevanla Moskva arasında dialoq gedir.
Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurduğunu elan edərək, KTMT-nin Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini qeyd edib.