Transparency International təşkilatının Azərbaycan filialı kimi fəaliyyət göstərən “Şəffaflıq Azərbaycan” antikorrupsiya ictimai birliyi ləğv ediləcək.
Azərbaycan hakimiyyəti Transparency İnternational təşkilatını qərəzli, hərtərəfli araşdırılmamış mövqe nümayiş etdirməkdə ittiham edib.
Qeyd olunur ki, “Şəffaflıq Azərbaycan” təşkilatı 2000-ci ilin oktyabrında təsis edilib, Transparency İnternational tərəfindən tamhüquqlu yerli filial kimi akkreditasiya olunub, 2006-cı ilin avqustunda isə yenidən akkreditasiya olunub. Təşkilat bildirir ki, onun missiyası “Azərbaycanda korrupsiyanın səbəblərini və formalarını, habelə bu təhlükəli sosial hadisənin azaldılması yollarını öyrənmək”dir.