Ermənistan səfiri Vahaqn Afyan Hindistanın Müdafiə Nazirliyində beynəlxalq əməkdaşlıq üzrə birgə katib Vişveş Negi ilə görüşüb.
Görüş zamanı iki ölkənin müdafiə nazirlərinin görüşü nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin müdafiə nazirlikləri arasında müdafiə sahəsində məsləhətləşmələrin davamlılığının təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Həmçinin regional hadisələrə, xüsusilə də Ermənistanın sülh gündəliyinə sadiqliyinə və ikitərəfli dostluq əməkdaşlığının dərinləşdirilməsinə də toxunulub.