Fransa və Böyük Britaniya Rusiya ilə Ukrayna arasında bir ay müddətinə atəşkəs təklif edir və bunun üçün həmin müddət ərzində hava və dəniz qüvvələrinin zərbələrindən, enerji infrastrukturuna hücumlardan imtina edilməlidir. Fransa prezidenti Emmanuel Makron “Le Figaro” qəzetinə müsahibəsində deyib.
Fransa lideri həmçinin qəbul edib ki, cəbhə xəttinin uzunluğu Parisdən Budapeştə qədər olan məsafəyə bərabər olduğuna görə, cəbhə xəttində atəşkəs rejiminin qorunub saxlanmadığını yoxlamaq çətin olacaq.
Fransa-Britaniya təklifinə görə, Avropa quru qoşunları Ukraynaya yalnız ikinci mərhələdə daxil olacaq. “Yaxın həftələrdə Ukrayna torpaqlarında heç bir Avropa qoşunu olmayacaq”, - deyə Makron qeyd edib.
Fransa prezidentinin sözlərinə görə, danışıqlar həftələr çəkə bilər və sülhməramlı qüvvələr sülh sazişinin imzalanmasından sonra yerləşdirilə bilər, Ukrayna prezidenti Makronun planından danışarkən “hər şeydən xəbərdar olduğunu” deyib.
Makron həmçinin qeyd edib ki, ölkəsi və digər Avropa ölkələri ümumi daxili məhsulun 3-3,5 faizini müdafiəyə xərcləməlidir. Prezident əlavə edib ki, Avropa Komissiyası müdafiə xərclərinin maliyyələşdirilməsi məsələsinə daha yaradıcı yanaşmalıdır.