Aİ-nin Mülki Missiyası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə kömək edib, bunu Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü iclasında Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovs deyib.
“Əlbəttə, Bakı və Moskva bu missiyanı hədəfə alıb, ittihamlar irəli sürürlər. Ancaq sual yaranır: silahsız mülki missiya onlara hansı təhlükə yarada bilər?
Onlar bunu sülh sazişinə təhlükə və ya maneə kimi baxmağa çalışırlar və başa düşmək çox vacibdir ki, Bakı bu əməkdaşlığı rədd edir və Aİ-nin Ermənistandakı missiyasını dayandırmaq istəyir, lakin Ermənistan silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təklif təqdim edib. Və bu, Ermənistanın özünün sülh gündəminə götürdüyü nümunədir və biz bunu dəstəkləyirik. Azərbaycanın bütün bunlara reaksiyasını anlamaq və şərh etmək çox çətindir", - o deyib.