Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə gəlincə, biz humanitar məsələləri və sülh sazişi ilə bağlı müzakirələri nəzərə alaraq, qarşılıqlı məqbul həll yollarını tapmağa çalışırıq. Bunu Aİ-nin səfiri Vasilis Maraqos Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü iclasında deyib.
“Aİ, həmçinin müvafiq ölkələrin suverenliyi və milli yurisdiksiyası altında regional nəqliyyat əlaqələrinin açılması vizyonunu dəstəkləyir. Bizim baxışımıza “Sülhün kəsişməsi” konsepsiyası da daxildir”, - deyə o bildirib.