Ermənistan səfiri Qriqor Hakobyan İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zəriflə görüşüb. Bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat yayıb.
Tərəflər Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlığın strateji istiqamətlərinə toxunub, regional təhlükəsizlik və sabitliyin təmin edilməsinin zəruriliyi vurğulanıblar.
Ermənistan səfiri və İranın vitse-prezidenti həmçinin Ermənistan-İran iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Onlar uzunmüddətli proqramların hazırlanması və həyata keçirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.