• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistanın ilk peyki Armsat-1 öz missiyasını başa vurur Ermənistanın ilk peyki Armsat-1... 12:39
AB Ermənistanın AB-Ermənistan Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planını təqdim edir AB Ermənistanın AB-Ermənistan Viza... 14:13
Artur Davtyan dünya vitse-çempionu Artur Davtyan dünya vitse-çempionu 12:00
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Aİ Ermənistandakı missiyasını Cənubi Qafqazda sabitlik üçün faydalı alət hesab edir: Markus Ritter
Siyasət
10:1619 Fev, 2025

Aİ Ermənistandakı missiyasını Cənubi Qafqazda sabitlik üçün faydalı alət hesab edir: Markus Ritter

Avropa İttifaqı Şurası tərəfindən Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının mandatının uzadılması onu göstərir ki, Brüssel missiyanın işini Cənubi Qafqazda sabitliyə töhfə verməkdə faydalı alət hesab edir.

Bunu Armenpress-in müxbirinə müsahibəsində Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter missiyanın mandatının uzadılması, missiyanın gələcək fəaliyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, eləcə də Azərbaycanın Aİ missiyasına qarşı irəli sürdüyü ittihamlar barədə danışarkən deyib.

Aİ Monitorinq Missiyasının rəhbəri onu da qeyd edib ki, missiyanın Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərdiyi ilk gündən - 2023-cü ilin fevralından Ermənistan və Azərbaycan arasında sərhəd insidentləri əhəmiyyətli dərəcədə azalıb.

- Cənab Ritter, Avropa İttifaqının Monitorinq Missiyası iki ildən artıqdır ki, Ermənistanda, xüsusən də Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir. Ümumiyyətlə, missiyanın fəaliyyətini və onun Cənubi Qafqaz və Ermənistanın sabitliyi üçün əhəmiyyətini necə qiymətləndirərdiniz?

- Aydındır ki, bizim (red. - Aİ-nin Ermənistandakı Monitorinq Missiyası)2023-cü il fevralın 23-də Ermənistana gəldikdən sonra Azərbaycanla Ermənistan arasında sərhəd və nəzarət xəttində insidentlərin sayı xeyli azalıb. Əminəm ki, bu həmçinin bizim təsirimizdir, sərhəd boyu etdiyimiz patrul xidmətidir və mövcudluğumuzdur ki, insidentlərin azalmasına kömək edir. İnsidentlərin azalmasına təkcə biz deyil, həm də siyasi mühit, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar kömək edir. Əminəm ki, mövcudluğumuzla biz bu ümumi prosesi dəstəkləyirik.

- 2025-ci ilin yanvarında Avropa İttifaqı Şurası Aİ-nin Ermənistandakı missiyasının mandatının daha iki il, 2027-ci ilə qədər uzadılması barədə qərar qəbul edib. Cənab Ritter, bu qərarı necə qiymətləndirirsiniz və missiyanın mandatının uzadılmasını nə dərəcədə vacib hesab edirsiniz?

- Qərarın özü göstərir ki, Avropa İttifaqı bizə (red. Aİ-nin Ermənistandakı Monitorinq Missiyasını nəzərdə tutur) Cənubi Qafqazda sabitliyə töhfə vermək üçün faydalı alət kimi baxır. Bu da aydın olur ki, erməni tərəfi bizim qalmamızı istəyir, çünki biz Ermənistan hökumətinin dəvəti ilə buradayıq və məhz bu razılaşma və ya Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında razılaşmaya əsasən, biz daha iki il qalmalıyıq ki, bu da bizə müsbət baxıldığını göstərir.

- Azərbaycan ardıcıl olaraq Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətindən narazılığını bildirib, missiyanın Yerevanla Bakı arasında nizamlanma prosesinə töhfə vermədiyini bəyan edib və missiyanı sərhədyanı ərazilərdə kəşfiyyat işləri aparmaqda ittiham edib. Azərbaycanın bu iddialarına necə cavab verərdiniz və sizcə, Bakının bu cür bəyanatlarında məqsəd nədir?

- Dediyim kimi, hadisələrin sayı azalıb, insanlar özlərini daha təhlükəsiz hiss edirlər. Bu bir faktdır və bu bizim işimizin bir hissəsidir. Kəşfiyyat işi ilə bağlı ittihama gəlincə, bu ittiham burada olduğumuz ilk gündən var və biz indi daha əvvəl etdiyimiz işi edirik. Biz heç vaxt bunu dəyişmirik. Sərhəddə və nəzarət xəttində açıq-aşkar patrul edirik. Sərhəddə hardasa gələndə həmişə elə bir vəziyyətdə qalırıq ki, hər iki tərəf bizim orada olduğumuzu görsün. Biz sərhəddə baş verənləri izləyirik. Bu o deməkdir ki, biz təkcə Azərbaycan tərəfinin gördüyü işlərə baxmırıq, həm də erməni tərəfinin nə etdiyini izləyirik, çünki Brüssel sərhəddə vəziyyətin necə olduğunu bizdən bilmək istəyir.

Onlar istəmirlər ki, biz Azərbaycanın nə etdiyini bilək. Beləliklə, biz hər iki tərəfə baxırıq, çünki vəziyyəti Brüsselə çatdırmaq istəyirik, ona görə də biz həmişə açıq şəkildə patrul edirik. Biz heç vaxt bir yerdə gizlənmirik. Bu, əvvəldən bəri etdiyimiz və indi də etdiyimiz şeydir. Bu o deməkdir ki, Azərbaycan tərəfi üçün bizi görmək, harada olduğumuzu görmək çox asandır, çünki biz gizlənmək istəmirik. Onların burada olduğumuzu görməsi yaxşıdır. Hətta müşayiətlə getdiyimiz patrullar üçün də xüsusi nümayəndənin ofisi vasitəsilə bir həftə əvvəl Bakıya xəbər veririk. Bu o deməkdir ki, onlar hətta bizim hara getdiyimizi və hara oldğumuzu əvvəlcədən bilirlər. Bakının bunu niyə etdiyini Bakıdan soruşmaq lazımdır. Hər halda, biz hər iki tərəf üçün əlverişli deyilik, çünki biz bu münaqişə zonasına bir növ beynəlxalq perspektiv gətiririk. Bu, Ermənistan və Azərbaycan tərəfləri üçün o deməkdir ki, baş verənlər barədə bizim, beynəlxalq ictimaiyyətin və xüsusilə Brüsselin xəbəri olmadan onlar sadəcə olaraq heç nəyə başlaya bilməzlər.

-Cənab Ritter, Azərbaycan prezidenti İlham Əliyevin Aİ müşahidəçi missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması tələbinə cavab olaraq Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bəyan edib ki, Yerevan Bakıya Aİ müşahidəçilərini sərhədin artıq delimitasiya olunmuş hissələrindən çıxarmağı təklif edib. Missiyanın bu məsələdə mövqeyi necədir?

-Keçən ilin sonunda baş nazir Nikol Paşinyanla görüşüm oldu və biz bunu müzakirə etdik. Söhbət bizi sərhəddən çıxarmaqdan getmir, daha doğrusu, razılaşdırılmış, delimitasiya olunmuş və dəqiq müəyyən edilmiş sərhəd bölgələrində bizim artıq birbaşa sərhədə getməyimizə ehtiyac yoxdur. Bizim üçün sərhəd zonasında olmamağımız yaxşıdır, lakin bu o demək deyil ki, biz kəndlərə, təsərrüfatlara baş çəkməyə, sərhədlər daxilində insanlarla danışmağa davam etməyəcəyik. Əgər Ermənistan hökuməti və Azərbaycan tərəfi razılaşsalar ki, biz dəqiq delimitasiya olunmuş sərhəd bölgələrində birbaşa patrul xidmətinə getməməliyik, biz bununla bağlı heç bir problem görmürük.

-Cənab Ritter, missiyanın patrul xidmətlərindən alınan operativ məlumatlara və sərhədyanı rayonlarda görülən işlərə əsaslanaraq, Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti necə qiymətləndirərdiniz? Təhlükəsizliklə bağlı narahat olmaq üçün səbəblər varmı?

-Patrulların gördüyü və xəbər verdiyi odur ki, sərhəddə vəziyyət kifayət qədər sakitdir. Hazırda heç bir insident yoxdur, amma bizim də gördüyümüz və xəbər verdiyimiz odur ki, hər iki tərəf öz mövqelərini gücləndirir. Beləliklə, hər iki tərəf daha pis inkişafa hazırlaşmağa davam edir, bu, göz qabağındadır. Amma biz hazırda heç bir gərginlik görmürük və bu, aylardır belədir, ona görə də regionun yaxşı yolda olduğuna kifayət qədər əminik. Biz isə həmişə deyirik: “Ən pisə hazırlaş, amma ən yaxşısına hazır ol”. Bizə elə gəlir ki, hər iki tərəf bu məsləhətə əməl edir.

-Yaxın vaxtlarda missiyanın ölçüsü və strukturunda dəyişiklik etmək planları varmı?

-Xeyr, birinci mandat dövründəki kimi ikinci mandatda da eyni problem və vəzifə olacaq. Bu, ilk növbədə sərhəddə və cəbhə xəttində patrul etmək və hesabat vermək deməkdir. İkincisi, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yerli əhalinin təhlükəsizlik hissini artırmaq üçün bizim insan təhlükəsizliyi patrul xidmətimizdir. Üçüncüsü, etimadın möhkəmlənməsinə töhfə verən addımlardır.

Biz keçən dekabr ayından etibarən oradakı uşaqlarla, şagirdlərlə söhbət etmək, onlara bizim kim olduğumuzu, Avropa İttifaqının nə olduğunu, Avropa İttifaqının nəyi təmsil etdiyini izah etmək üçün məktəblərə baş çəkirik. Biz gələcəkdə təkcə məktəblərə baş çəkmək istəmirik, həm də işimizi, Avropa ideyasını təbliğ etmək, həmçinin hər kəsə bildirmək istəyirik ki, biz casusluq, kəşfiyyat və ya başqa bir şey etmirik. Biz bu bölgənin sabitləşməsinə kömək etmək istəyən mülki silahsız missiyayıq.

- Cənab Ritter, müsahibə fürsətinə görə təşəkkür edirəm.

 

 

Baxışların sayı209
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Mirzoyan və ATƏT-in baş katibi təşkilatın fəaliyyət məsələlərini müzakirə ediblər 17:1405 Dek, 2025
  • Paşinyan-Koker Ermənistan-Böyük Britaniya strateji tərəfdaşlığını müzakirə ediblər 16:1605 Dek, 2025
  • Ermənistan Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması Komitəsinin sədr müavini seçilib 15:1205 Dek, 2025
  • Papikyan və Vernon Koker Ermənistan-Böyük Britaniya müdafiə əməkdaşlığını müzakirə ediblər 12:5005 Dek, 2025
  • Böyük Britaniyanın müdafiə məsələləri üzrə naziri Vernon Koker Erməni Soyqırımı Memorialını ziyarət edib 11:4105 Dek, 2025
  • Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Yerevandadır, Ermənistanda ilk daimi müdafiə bölməsi açılacaq 11:2505 Dek, 2025
  • Mirzoyan və Albaniyanın xarici işlər naziri iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 11:0305 Dek, 2025
  • Vyanada Ermənistan-İsveç əməkdaşlığının inkişafı və regional sülh gündəliyi müzakirə edilib 10:5305 Dek, 2025
  • Narek Mkrtçyan və ABŞ konqresmeni ikitərəfli tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər 09:1805 Dek, 2025
  • Mirzoyan regional infrastrukturlarla bağlı müzakirələri fransız həmkarına təqdim edib 22:0504 Dek, 2025
  • Ermənistan və Almaniya xarici işlər nazirləri müxtəlif formatlarda əməkdaşlığı müzakirə ediblər 17:4904 Dek, 2025
  • Ermənistan və Macarıstanın xarici işlər nazirlərinin görüşü olub 16:4904 Dek, 2025
  • Mirzoyan ATƏT Nazirlər Konfransında həmkarları ilə görüşüb 15:5504 Dek, 2025
  • Ararat Mirzoyanın Vyanaya işgüzar səfəri başlayıb 14:1004 Dek, 2025
  • Biz TRIPP Route layihəsi çərçivəsində konkret investisiya proqramları və Aİ-nin iştirakını gözləyirik: Paşinyan 13:4204 Dek, 2025
  • Biz bu mövzu üzərində işləyirik: Baş nazir kiçik aviasiyanın inkişafına toxunub 13:2704 Dek, 2025
  • ABŞ, Mərkəzi Asiya TRIPP imkanlarında maraqlıdır: Dövlət Departamenti 12:0304 Dek, 2025
  • Bayramov və Fidan regional məsələləri müzakirə ediblər 11:3704 Dek, 2025
  • Armen Qriqoryan Dohada Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək 10:1704 Dek, 2025
  • ER-AB viza liberallaşdırma prosesindəki nailiyyətlərə əhəmiyyət verilib 15:5203 Dek, 2025
  • Səfir Xaçatryan Fransa Senatında Ermənistan-Fransa tərəfdaşlığının inkişafını müzakirə etdi 14:2003 Dek, 2025
  • Səfir Mkrtçyan və ABŞ-ın Hindistandakı səfiri regionlararası əməkdaşlığı müzakirə ediblər 12:2303 Dek, 2025
  • Biz Ermənistanla Azərbaycan arasında sülh sazişini dəstəkləmək üçün işimizi gücləndirəcəyik։ Kos 11:4603 Dek, 2025
  • Aİ-nin aviasiya qara siyahısının çıxarılmasına yönəlmiş bütün əsas işlər görülüb: ER Mülki Aviasiya Komitəsi 10:2903 Dek, 2025
  • Ararat Mirzoyan və Aİ komissarı Marta Kos ilə görüşüb 10:2103 Dek, 2025
  • Aİ azərbaycanlı müxalif siyasətçi Əli Kərimlinin həbsi ilə bağlı Bakı ilə əlaqə saxlamaq niyyətindədir: Hipper 17:2202 Dek, 2025
  • Biz normallaşma prosesini dəstəkləməyə hazırıq, Azərbaycan və Türkiyə ilə də işləyirik: Kos 15:5902 Dek, 2025
  • Fəaliyyət Planının icrası nəticəsində biz son nəticədə vizasız gediş-gəlişə nail olacağıq։ Xİ naziri 15:3702 Dek, 2025
  • Biz Aİ-Ermənistan arasında yeni əməkdaşlıq strategiyasını qəbul etdik, əməkdaşlığımızı strateji səviyyəyə qaldırdıq։ Mirzoyan 15:2102 Dek, 2025
  • Bu gün mən sülh və daha möhkəm Ermənistana yönəldiləcək 15 milyon avro barədə elan edirəm: Kaya Kalas 15:1402 Dek, 2025
  • Ararat Mirzoyan Brüsseldə ER-Aİ Tərəfdaşlıq Şurasının 6-cı sessiyasında iştirak edir 14:4002 Dek, 2025
  • Ararat Mirzoyanın Brüsselə işgüzar səfəri başlayıb 12:5602 Dek, 2025
  • Biz TRIPP layihəsini Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək bir yol kimi nəzərdən keçiririk: Kos 12:5302 Dek, 2025
  • ER müdafiə naziri və Misir müdafiə sənayesi dövlət naziri əməkdaşlıq məsələlərini müzakirə ediblər 12:1302 Dek, 2025
  • Səfir Mkrtçyan Trampın iqtisadi məsləhətçiləri ilə Ermənistan-Amerika iqtisadi gündəliyinin genişləndirilməsini müzakirə edib 11:0902 Dek, 2025
  • Uruqvayın Punta del Este şəhərində Ermənistan Respublikasının Fəxri Konsulluğu açılacaq 10:2702 Dek, 2025
  • Suren Papikyan misirli həmkarı ilə müdafiə sektorunda əməkdaşlıq imkanlarını müzakirə edib 17:1901 Dek, 2025
  • Suren Papikyan Qahirədə EDEX 2025 sərgisinin pavilyonlarını ziyarət etdi 16:2801 Dek, 2025
  • Dekabrın 2-də Moskvada Rusiya-ABŞ danışıqları keçiriləcək: Peskov 16:0001 Dek, 2025
  • Parlamentin sədri və Yunanıstan xarici işlər naziri regional inkişafları müzakirə ediblər 15:3001 Dek, 2025
  • Ararat Mirzoyan Brüsseldə işgüzar səfərdə olacaq 15:0601 Dek, 2025
  • Papikyan EDEX 2025 beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib 14:1301 Dek, 2025
  • NATO ilə əlaqələrin cari gündəliyi və inkişaf perspektivləri müzakirə edilib 13:1901 Dek, 2025
  • ATƏT Minsk prosesinin başa çatdığını və onunla əlaqəli strukturların bağlandığını elan edir 13:0201 Dek, 2025
  • Ölkələrimiz arasında qarşılıqlı faydalı tərəfdaşlığın genişləndiyini qeyd etməkdən məmnunluq duyuram։ Nikol Paşinyanın Rumıniyanın baş nazirinə müraciəti 12:3601 Dek, 2025
  • AXCP bəyanat yayaraq Azərbaycandakı son həbsləri “siyasi sifarişli repressiya kampaniyası” adlandırıb 11:2701 Dek, 2025
  • Putin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkovu qəbul edəcək: Peskov 12:2829 Noy, 2025
  • Rusiya hava hücumundan müdafiə sistemləri 100-dən çox Ukrayna pilotsuz təyyarəsini ələ keçirib və məhv edib: Rusiya MN 11:1129 Noy, 2025
  • Kiyevdə Rusiya zərbələri nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb: Kliçko 10:5929 Noy, 2025

Bütün müəllif hüquqları qorunur.

© 2025 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015