Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda danışıqları yekunlaşdırıb. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev onları müsbət qiymətləndirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, danışıqlar yaxşı keçib, tərəflər bir-birinin maraqlarını nəzərə almaq barədə razılığa gəliblər.
Uşakovun sözlərinə görə, Ukrayna məsələsində ABŞ-la təmasların nə vaxt başlayacağına Rusiya prezidenti özü qərar verəcək.