Baş nazir Nikol Paşinyan özünün X səhifəsində Münhendə Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşdüyünü bildirib.
"Mən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Şurasının prezidenti Antonio Kosta ilə fikir mübadiləsi apardım. Biz Ermənistan-Aİ tərəfdaşlığının əsas məsələlərini müzakirə etdik.
Biz son regional hadisələr və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - Ermənistanın baş naziri qeyd edib.