Rusiya və İranın regionda nəqliyyat əlaqələrinin açılmasında oxşar yanaşmaları var.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Bu, yanvarın 17-də Moskvada Rusiya Federasiyası və İran İslam Respublikasının liderləri tərəfindən imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində təsdiqlənib. Orada bildirilir ki, tərəflər qonşu regionlarda, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinə töhfə verir və üçüncü qüvvələrin sabitliyi pozan müdaxiləsinin qarşısını almaq üçün əməkdaşlıq edirlər", - Rusiya XİN-in sözçüsü deyilib.
Zaxarovanın sözlərinə görə, sadəcə fərq odur ki, Rusiya nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması üzrə üçtərəfli işçi qrupunun bir hissəsidir.