Almaniyaya işgüzar səfəri çərçivəsində ER müdafiə naziri Suren Papikyan fevralın 14-də İsveç Krallığının müdafiə naziri Pal Conson ilə görüşüb.
Bu barədə ER Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər müdafiə sahəsində Ermənistan-İsveç əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Onlar beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərə də toxunublar.