Fevralın 11-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts konqresmen Ceff Hurd (Respublikaçı, Kolorado) ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş zamanı səfir Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinə toxunub. O, regional vəziyyəti, Ermənistan-Azərbaycan sülh prosesini təqdim edib və Ermənistan-ABŞ münasibətlərinin dinamik inkişafının vacibliyini vurğulayıb.
Görüşdə Koloradodakı erməni icmasına da toxunulub.