Müdafiə naziri Suren Papikyan “Aero India” sərgisi çərçivəsində keçirilən müdafiə nazirlərinin konklavında iştirak edir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Aero India” sərgisi çərçivəsində keçirilən Müdafiə Nazirlərinin konklavı çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan ilə qısa söhbət edib.
Xatırladaq ki, nazir Hindistanda işgüzar səfərdədir.