Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.
Sergey Lavrov və Hakan Fidan regional və ikitərəfli maraq doğuran məsələləri müzakirə edib, Vladimir Putin və Rəcəb Ərdoğanın əldə etdiyi razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, diplomatların gündəmində Suriyadakı vəziyyət olub. Tərəflər, o cümlədən Yaxın Şərq və Ukrayna ilə bağlı məsələlər üzrə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Yanvarın 31-də də nazirlər söhbət ediblər və əsas mövzu da Suriya olub.