Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə əvvəlkilər kimi səmərəsiz olacaq.
Onun sözlərinə görə, “Avropa Parlamentindəki konkret qüvvələr Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhənin açılmaması ilə barışa bilmirlər. O bildirib ki, çərşənbə günü hakim "Gürcü Arzusu" partiyasının nümayəndələrinin cəzalandırılması və ana müxalifətdə olan "Vahid Milli Hərəkat" partiyasının himayədarlığından bəhs edən qətnamənin qəbul edilməsi ədalətsizdir..
Kobaxidze bildirir ki, Avropa Komissiyasının Gürcüstandakı vəziyyətlə bağlı rəyinin dərci oktyabrın 20-nə planlaşdırılsa da, oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirildiyi üçün bu, oktyabrın 30-na qədər təxirə salınıb. Gürcüstanın baş nazirinin sözlərinə görə, bu, sübut edir ki, Avropa Parlamenti Gürcüstan müxalifətini dəstəkləyir və diqqəti seçkidən sonrakı dövrə yönəldir.