“Vətəndaş müqaviləsi” partiyasının departamentinin sədr müavini Gevorq Papoyan qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqlarında Ermənistanın öz gündəliyi var. O, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun son bəyanatlarına toxunub.
“Ermənistan vətəndaşları, konstitusiyanı hazırlayanlar qərar verdikdə, Ermənistan Respublikası öz Konstitusiyasını dəyişə bilər. Ermənistan Respublikası heç bir ölkənin tələbi ilə öz Konstitusiyasını dəyişdirmir. Erməmnistan Respublikasının öz konstitusiyasınn deyişdirib-deyişdirməməsi ER-nin daxili işidir”, - Papoyan bildirib.