• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Nikol Paşinyan və Samanta Pauer Ermənistan-Azərbaycan sülh prosesinə toxunublar
Siyasət
15:0710 İyl, 2024

Nikol Paşinyan və Samanta Pauer Ermənistan-Azərbaycan sülh prosesinə toxunublar

Baş nazir Nikol Paşinyan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri  Samanta Pauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
 
Baş nazir xanım Pauerin səfərini alqışlayıb və Ermənistan-ABŞ strateji dialoqu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb. Nikol Paşinyan USAID-in Ermənistanda həyata keçirdiyi və demokratik təsisatların inkişafına yönəlmiş proqramları yüksək qiymətləndirib. Baş nazir qeyd edib ki, Ermənistan Respublikası hökuməti islahatlar istiqamətində ardıcıl addımları qətiyyətlə davam etdirəcək.
Samanta Pauer qeyd edib ki, ABŞ administrasiyası Ermənistanla sıx əməkdaşlığı yüksək qiymətləndirir və ER hökumətinin demokratiyanın möhkəmləndirilməsi, inkişafı, eləcə də Ermənistanın dayanıqlığının artırılması istiqamətində planlarını ardıcıl dəstəkləməyə hazırdır.
 
Həmsöhbətlər USAID-in ölkəmizdə həyata keçirdiyi proqramlara toxunmuş, yeni birgə proqramların perspektivləri barədə fikir mübadiləsi aparmışlar. Ermənistan hökumətinin islahat gündəliyinin və institusional imkanlarının, o cümlədən strateji kommunikasiyanın inkişafı, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi və təşviqi istiqamətində həyata keçirilən birgə iş vurğulanıb. Qeyd olunub ki, USAID Ermənistanda bulud infrastrukturunun tətbiqi və potensialın artırılması məqsədilə “Amazon web service” ilə Hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayıracaq.
 
Dağlıq Qarabağdan məcburi köçkünlərin humanitar problemlərinə, onların həlli istiqamətində ER hökumətinin atdığı addımlara, o cümlədən mənzil təminatı proqramına istinad edilib. Bu kontekstdə baş nazir Paşinyan beynəlxalq ictimaiyyətin davamlı dəstəyinin və aprelin 5-də Brüsseldə keçirilən ER-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesi, o cümlədən ER hökumətinin “Sülhün kəsişməsi” layihəsi ilə bağlı məsələlərə də toxunublar.
Baxışların sayı235
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Putin Rusiya gəmilərinin AB tərəfindən ələ keçirilməsinə eyni cür cavab verəcəyi ilə hədələyir 16:4312 Avq, 2026
  • TRIPP tranzit marşrutudursa, biz də onun inkişafına və sülhün bərqərar olmasına tərəfdar olacağıq: Hayk Farmanyan 15:4012 Avq, 2026
  • Ruben Rubinyan Çinin Ermənistandakı səfiri Sinvey Lini qəbul edib 15:1912 Avq, 2026
  • ABŞ və daha 40 ölkə raket buraxılışları barədə ən azı 24 saat əvvəlcədən xəbərdarlıq edilməsini tələb edir 08:5712 Avq, 2026
  • Referendum gündəliyi süni bir gündəmdir: Xandanyanın Ermənistanın AİB ilə münasibətlərinə baxışı 16:0711 Avq, 2026
  • Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və əslində geri dönüş yolu görmürük: Xandanyan 15:3511 Avq, 2026
  • Baş nazir Ermənistanda akkreditə olunmuş ərəb dövlətlərinin səfirlərini qəbul edib 14:0211 Avq, 2026
  • Qaluzin Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsi haqqında 10:0211 Avq, 2026
  • ABŞ Ukraynaya Rusiyanın enerji obyektlərinə zərbə endirmək üçün kəşfiyyat məlumatları verir: The Atlantic 17:0510 Avq, 2026
  • Papikyan Silahlı Qüvvələrdə zabit, gizir və serjant heyətinin təmin edilməsi məsələsi ilə bağlı müşavirə keçirib 16:0510 Avq, 2026
  • Türkiyə boğazlardan gəmiçilik fəaliyyətini bərpa edir: Bloomberg 14:4310 Avq, 2026
  • Aram Vardevanyan Parlamentin sədr müavini seçildi 12:1110 Avq, 2026
  • Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasında telefon danışığı olub 12:3308 Avq, 2026
  • Ermənistan və Azərbaycan arasındakı münaqişənin səhifəsi bağlanıb, sülh bərqərar olub: Nikol Paşinyanın mesajı 09:0808 Avq, 2026
  • Putin BƏƏ Prezidenti ilə Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə edib 17:1507 Avq, 2026
  • Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Üçtərəfli Müdafiə Sazişi imzaladılar 16:3107 Avq, 2026
  • ABŞ yaxın günlərdə İranla müqavilə imzalamağı gözləyir: Besent 15:4007 Avq, 2026
  • Rusiya və Ukrayna bir-birini vurmağa davam edir 14:1507 Avq, 2026
  • Qırğızıstan Prezidenti Sadır Japarovla görüş: Nikol Paşinyan video yayımladı 11:5607 Avq, 2026
  • Paşinyan Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında çıxış edib 11:2107 Avq, 2026
  • Baş nazir Çolpon-Atada keçirilən Avrasiya Hökumətlərarası Şurasının dar tərkibli iclasında iştirak edib 16:5806 Avq, 2026
  • Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana daha bir partiya buğda göndərilib 15:2906 Avq, 2026
  • Baş nazir Qırğızıstana səfərə gəlib 15:0306 Avq, 2026
  • Ermənistanla KTMT arasında heç bir münaqişə yoxdur: Vasilyev 12:4606 Avq, 2026
  • Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi 10:3406 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015