Yerevan və Astana arasında əməkdaşlıq və qardaşlaşmış şəhərlər haqqında memorandum imzalanıb.
Tərəflər bununla yerli özünüidarəetmə, şəhər təsərrüfatı xidmətlərinin idarə edilməsi, mədəniyyət, idman, təhsil və turizm, ətraf mühitin mühafizəsi, sosial təminat və səhiyyə, ictimai nəqliyyat və yol hərəkətinin idarə edilməsi, işgüzar dairələr və bir sıra digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüblər.
Sənədi Yerevan meri Tiqran Avinyan və Astana şəhərinin meri Jenis Kasimbek imzalayıblar.