Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi Aİİ inteqrasiyasının gələcək inkişafının prioritetləri əsasən Rusiyanın yanaşmalarına uyğundur, Moskva onların həyata keçirilməsini dəstəkləməyə hazırdır, Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.
Rusiya mətbuatı xəbər verir ki, bu günlərdə Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası zamanı Rusiyanın baş naziri Mixail Mişustin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub.
Şura iclasından sonra sənədlərin imzalanması zamanı hökumət başçıları hər iki ölkənin nümayəndə heyətləri üzvlərinin iştirakı ilə söhbət ediblər.
Almatı tədbiri zamanı Ermənistan baş nazirinin ayrıca ikitərəfli görüşləri nəzərdə tutulmayıb.